“Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda dəyirmi masa keçirilib

2

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün “Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda dəyirmi masa keçirildi.

 

Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli innovasiya sistemlərinin və müasir təhsil texnologiyalarının tətbiqi ilə pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, innovativ tədris metodologiyasının yaradılmasına, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasına, insan resurslarının inkişaf etdirilməsinə, bir sözlə, müasir təhsilimizin bütövlükdə təkmilləşməsinə nail olmaqdır.


Bu məqsədə nail olmaq üçün layihədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyalarının inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 3 dəyirmi masa və yerli DTV-də keçirilməsi nəzərdə tutulan 2 dəfə olmaqla 30 dəqiqəlik verilişlərdə bu istiqamətdə bir sıra mühüm məsələlər müzakirə olunacaq.

20 oktyabr 2022-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda seminar keçirilmişdir. Tədbiri açıq elan edən Fondun icraçı direktoru O.Ə.Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə seminar iştirakçılarına ətraflı məlumat verdi.


Sonra söz AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədova verildi. O, öz çıxışında ali təhsilin dünya tədsil sisteminə inteqrasiyasının problemləri, təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri kimi amillərin əhəmiyyətindən danışdı. Sonra çıxış üçün söz tədbirin əsas mövzusuna uyğun olaraq AzMİU-nun PR və Marketinq mərkəzinin direktoru, eyni zamanda “İqtisadi nəzəriyyə və marketinq” kafedrasının müəllimi İsa Muradova verildi. İsa Muradov dünya və avropa təhsil məkanında təhsil müəssisələrində istifadə edilən innovativ təlim metodları, müasir təhsil texnologiyalarının inkişafı yolları, təhsilin inkişafında İKT-nin tətbiqi səviyyəsi, müxtəlif onlayn təhsil platformaları kimi məsələlər barədə tələbələrə ətraflı məlumat verdi.

Seminarda iştirakçılar arasında sual-cavab sessiyası oldu.

2 thoughts on ““Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda dəyirmi masa keçirilib

  1. Geri izləmə: naza24

Comments are closed.

Next Post

Əliağa Kürçaylı adına  liseydə Kür çayının ekoloji vəziyyəti müzakirə olundu - FOTO

Ca Okt 20 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1585/#ODgyYzdkNmFhNzh “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək”  layihəsinin  növbəti tədbiri Salyanda şair Əliağa Kürçaylının adını daşıyan texniki təmayüllü məktəb […]

Əlaqəli yazılar

Kateqoriyalar