QHT orta məktəbdə məlumatlandırma tədbiri keçirib

01 sentyabr 2022-ci il tarixindən etibarən “Ümidli Gələcək” Gənclər Təşkilatı – Reliable Future Youth NGO, Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə birgə əməkdaşlıqda “İnsan Alverinin Qurbanı Olan, İnsan Alverindən Əziyyət Çəkən və ya Zərər Çəkməsi Ehtimal Olunan Yetkinlik Yaşına Çatmayanların Təhsili, Sosial-Psixoloji Reabilitasiya Proqramı və Ailələrin Maarifləndirilməsi” layihəsinin icrasına başlamışdır.

Layihə çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıqda 2022-2023-cü tədris illəri üzrə tam orta məktəblərdə, peşə məktəblərində uşaq və gənclərlə geniş maarifləndirmə kampaniyaları keçirilməklə, onların mövzu barədə eləcə də, ölkədə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” – “Azerbaijan Child Helpline Service” və digər müvafiq qaynar xətləri haqqında, zorakılıqla üzləşdiyi halda müraciət edə biləcəkləri sosial xidmət-yardım mərkəzləri barədə məlumatlılığı təmin olunur.

Keçirilən növbəti silsilə tədbir 07.10.2022-ci il tarixində Sumqayıt şəhər Polis İdarəsi ilə birgə əməkdaşlıqda 8 nömrəli məktəbdə baş tutmuşdur.
Tədbirdə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, Təhsil Nazirliyinin əməkdaşı, məktəb direktoru, məktəb psixoloqları və şagirdlər iştirak etmişdir.
Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin, “Uşaq Hüquqlarının Müdafiəsi”, “Zərərli vərdişlərin mənfi təsirləri”, “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə”, “İnsan Alverilə mübarizə” mövzularında müzakirələr aparılmışdır.
Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 

Next Post

QHT-dən çağırış: Ekoloji tələblərə ciddi əməl etməlıyik

Ca Okt 13 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1556/#RFNDXzAwMDktMzA “Ana Kür” İctimai  Birliyinin  Kür çayı sahilində keçirdiyi  tədbir səmərəli oldu. “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək”  layihəsinin […]

Əlaqəli yazılar

Kateqoriyalar