“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 31.10.2021-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Xanlıqlar kəndindən olan 3 şəhidimizin məzarları və ailələri ziyarət olunmuşdur.
Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazilər Namiq Alıyev , Əliyev Xəyyam, Fəqan Nəsibov ,Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllü Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər. Şəhidimizin yaxınları göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən QMİ–nin Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Timur Nurəddin oğlu Əliyev 1984-cü il mayın 29-da Özbəkistanın Çirçig şəhərində anadan olub . Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.2. Şəhid Elçin Məcid oğlu Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.3. Şəhid Mərdanov Məmməd Ələddin oğlu 1988-cü il fevralın 18-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olub.