Əliağa Kürçaylı adına  liseydə Kür çayının ekoloji vəziyyəti müzakirə olundu – FOTO

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək”  layihəsinin  növbəti tədbiri Salyanda şair Əliağa Kürçaylının adını daşıyan texniki təmayüllü məktəb liseydə təşkil edilməsi heç də təsadüfü olmamışdır. Kür çayının adını özünə təxəllüs götürmüş şairin əsərlərini, xüsusən doğma çaya, kəndlərimizin gözəlliyinə, Azərbaycanımızın təbiətinə aid çoxlu sayda  şeirlərini burada hamı sevir və təbliğ edir. Məktəb-liseyin qarşısında şairə qoyulmuş abidə də onun əziz xatirəsinə  bir ehtiramdır. Kür çayına yaxın ərazidə yerləşənməktəb- liseydə keçirilən dəyirmi masada rayonda fəaliyyət göstərən ictimai şuranın üzvləri, ziyalılar, QHT və KİV təmsilçiləri, şəhər sakinləri iştirak etmişlər.   

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədləri, gözlənilən nəticələr və icra planına daxil olan fəaliyyət barədə məlumat vermişdir
Sonra Salyan Rayon  Ağsaqqallar Şurasının sədr müavini, veteran müəllim Məhəmməd Ağayev, məktəb-liseyin direktoru Arzu Daşpoladova, rayonda fəaliyyət göstərən QHT təmsilçiləri Arif Əskərov, Sevinc Bünyatova, “Qələbə” qəzetinin əməkdaşı, şair –publisist Əzizağa Məmmədli, “Ana Kür” qəzetinin icraçı direktoru Leyla Nəsirova, təhsil ocağının  əməkdar müəllimləri Gülşən Piriyeva  və Şəhla Rəhimova,  çıxış edərək dünyanı bürüyən sosial-iqtisadi böhranlar sırasında yaşanan ekoloji problemlərin daha çox qlobal xarakter daşıdığını vurğulamışlar. Çıxış edənlər dünyanın bir parşası olan Azərbaycanda, o cümlədən Salyan rayonunda Kür çayı ərazisində mövcud ekoloji  vəziyyəti müzakirə etmiş, biomüxtəlifliyin qorunması və bərpası üçün ekoloji maariflındirmənin genişlənməsi barətə təkliflər səsləndirmişlər.


Qeyd edilmidir ki, dünyada gündən-günə azalan, lakin istehlakına getdikcə daha çox ehtiyac yaranan içməli su problemi elə bizim respublikamız, o cümlədən Salyan rayonu üçün də xarakterikdir.  Respublikamızın ən  böyük çayı olan  “Kür”  çayının suyunun tərkibi nəinki  Ümumdünya Səhiyyə Təşkilatının standartlarına, heç texniki tələblərə belə çavab vermir. Bu, hər birimizi ciddi düşündürür. Layihəmizin də məqsədi bu problemlərin ictimailəşdirilməsi hesabına Kür çayı ərazilərində ekoloji vəziyyətin qorunması və bərpa olunması istiqamətində vətəndaş təşəbbüslərinə dəstək olmaqdır.

İndiyə kimi keçirilən tədbirlərimizə olan marağın səviyyəsi göstərir ki, ətraf mühitə münasibətdə  hələ də biganəliyə yol verilir, çayın sahilləri tez-tez zibillənir. Suyun səviyyəsinin aşağı düşməsi isə daha çox ekoloji problemlərin yaşanmasına şərait yaradır.
Dəyirmi masa  çay süfrəsi arxasında diskussiya şəraitində davam etdirilmiş, sonda  iştirakçılara ictimai birliyin  ekoloji maarifləndirici nəşri olan  “Ana Kür” qəzetinin yeni  sayı və layihənin icrası barədə press-relizlər paylanmışdır.

Next Post

“Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsi davam edir - FOTO

Ca Okt 20 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1590/#MS0zMDB4MTQ2Lmp Diqqət !  Sabunçu rayonu Maştağa qəsəbəsində 5 ümumtəhsil məktəbdə,  “Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası  davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant vəsaiti ilə  «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən  Sabunçu rayonu Maştağa qəsəbəsində icra olunan “Yol hərəkətinin […]

Əlaqəli yazılar

Kateqoriyalar