Agentliyin dəstəyi ilə Şəmkirdə maarifləndirmə sessiyası təşkil olunub – FOTO

“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrasını davam etdirir.

 

QHT.az xəbər verir ki, layihə çərçivəsində 16 oktyabr 2022-ci il tarixində Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində gənclər üçün «İnsan alveri nədir?» mövzusunda maarifləndirmə sessiyası təşkil olunub.

İlk təqdimatı təşkilatın rəhbəri Kubra Ələkbərova etdi. O donor və həyata keçirilən layihə haqqında geniş məlumat verildi. Layihə rəhbəri Südabə Məmmədova bildirdi ki, dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, qurbanlarına hərtərəfli yardım göstərilməsi istiqamətində zəruri addımlar atırlar. Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla da işbirliyi həyata keçirilir.


Südabə Məmmədova ölkəmizdə müxtəlif illəri əhatə edən Milli Fəaliyyət planları haqqında geniş məlumat verərək qeyd etdiki, bu çərçivədə insan alverinə qarşı mübarizə, insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onların cəmiyyətə inteqrasiya sahəsində çox ciddi addımlar atılır.

Tədbirin sonunda Kubra Ələkbərova İnsan alveri və məişət zorakılğı qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə 2013-cü ildən etibarən Gəncə şəhərində «Təmas» RIIB-nin nəzdində fəaliyyət göstərən “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın)» fəaliyyəti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, mərkəz-sığınacaqdan gender əsaslı zorakılıqdan əziyyət çəkən, həssas vəziyyətdə olan qadın və uşaqlara hüquqi və psixoloji yardımlar, sosial xidmətlər göstərilir, ehtiyacı olanlar təhlükəsiz sığınacaqla təmin olunular.

Next Post

"Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsi davam edir

Ça Okt 18 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1565/#Ni0zMDB4MTk5Lmp Diqqət! Sabunçu rayonu Maştağa qəsəbəsində «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsinin icrası davam edir. 18 Oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailiyə dəstəyi ilə «Oriqami» Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində icra olunan «Yol […]

Əlaqəli yazılar

Kateqoriyalar